Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur.
Bakı şəhər sakinlərinin bir qismi istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyir. Onlar bildirirlər ki, hazırda havanın qeyri-sabit keçməsindən dolayı yaşadıqları mənzillər soyuqdur və qızdırmaqda çətinlik çəkirlər.
Bəzi valideynlər isə məktəblərdə istilik sistemlərinin işə salınmadığına görə sinif otaqlarının soyuq olduğunu və şagirdlərin bu səbəbdən xəstələndiklərini deyirlər.
Maraqlıdır, bəs görəsən, Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlaya bilərmi?
Qurumun mətbuat katibi Elvin Basqallı sorğumuza cavab olaraq qeyd edib ki, qazanxanaların vaxtından əvvəl işə salınması məsələsinə konkret halda baxıla bilər:
“5 sentyabr 2023-cü il tarixində Nazirlər Kabineti tərəfindən istilik enerjisi qaydaları təsdiqlənib. Bu qaydalara əsasən, hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-də başlayır və növbəti il aprelin 15-də yekunlaşır. Lakin Azərbaycanın 14 dağlıq və dağətəyi rayon və şəhərində istilik mövsümü noyabrın 1-i başlayır, növbəti ilin mayın 1-də yekunlaşır. Söhbət Şuşa, Laçın, Lerik, Yardımlı, Gədəbəy, Daşkəsən, Şabran, Quba, Qəbələ, Qusar kimi rayon və şəhərlərdən gedir. Əgər ardıcıl olaraq 5 gün havanın temperaturu 8 dərəcədən aşağı olar və Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti günlərdə də havanın belə davam edəcəyi ilə bağlı proqnozu verilərsə, qazanxanaların vaxtından əvvəl işə salınması məsələsinə baxıla bilər”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi