"Telefonla danışırsan, adama elə gəlir ki, dünən görüşmüsən. Bu yaxınlarda bir məkanda oturmuşdum, gördüm iki xanım oturub, əllərində telefon. 2 saat biri də baş qaldırıb birinin üzünə baxmadı. Telefon yaxşı şeydi, amma ünsiyyət də gözəldir. Təcrid olursan hər şeydən. Mesaj yazışmalarında lüğətimizə, qramatikamıza yad hərflərdən istifadə olunur".
AvroMedia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "İncə səhər" verilişində deyib. Müğənni telefonun insanlar arasında ünsiyyəti azaltmağından danışıb.
V.Məhərrəmli aparıcı Vüsalə Əlizadənin "Dəyişmirsən" sözlərinə "Axşamlar soyuducuda yatıram" cavabını verib.
Etiraflar edən müğənni "Hüzur sevən adamam. Nə olursa olsun anında gülə, ağlaya bilərəm. Vüsalənin verilişdən çıxıb, yolboyu ağlaya-ağlaya getməsinin şahidi olmuşam" sözlərini söyləyib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi