Mənsum İbrahimov həmin video ilə bağlı şikayət etdi
Tarix: 21-10-2024, 15:30
Baxılıb: 2 309
Google+ Paylaş
Tumblr Paylaş

Mənsum İbrahimov həmin video ilə bağlı şikayət etdi

21-10-2024, 15:30

Xalq artisti Mənsum İbrahimov sosial mediada ona qarşı aparılan qarayaxma kampaniyalarına münasibət bildirib.
AvroMedia.az xəbər verir ki, o, Modern.az-a açıqlamasında sosial şəbəkələrdə ona qarşı məqsədli qara piar kampaniyası aparıldığını və bununla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə və digər dövlət orqanlarına müraciət etdiyini deyib.
“Mənə aid olmayan videomaterialları qəsdən yayan, sosial şəbəkələrdə səsimi montajlayaraq tirajlayanlar qanun qarşısında cavab verəcəklər” - deyə M.İbrahimov vurğulayıb.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Mənsum İbrahimovun 2000-ci illərin əvvələrində çəkildiyi bildirilən muğam təsnifinin xaric oxuması iddiası ilə bağlı görüntülər, Canəli Əkbərovun isə Xalq artisti haqqında tənqidi çıxışı və digər bu qəbildən olan videolar yayılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ