COP29 müddətində 40-a yaxın təcili tibbi yardım briqadasının fəaliyyət göstərməsi nəzərdə tutulub.
AvroMedia.az xəbər verir ki, bu barədə report-un sualını cavablandıran TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, həmin tibb heyətinin qeydiyyat prosesi yekunlaşmaq üzrədir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov isə bildirib ki, tədbir iştirakçılarının qaldığı qonaqlama yerlərində 24 saat tibbi xidmət mümkün olacaq: “Bunun üçün regionlarda olan bütün resurslardan istifadə olunacaq. Qeyd edim ki, hava limanından tutmuş qonaqlama yerlərinədək, eləcə də tədbirin keçiriləcəyi bütün məkanların hamısında təcili tibbi yardım briqadaları olacaq”.
Qeyd edək ki, COP29 bu il noyabrın 11-22-də Bakıda baş tutacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi