Azad edilmiş ərazilərdə 4 il ərzində ilk dəfə olaraq həmkarımız mina qurbanı oldu.
AvroMedia.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında yeni “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib.
“O, tələ minanın zərərsizləşdirilməsi zamanı həlak oldu. Minatəmizləmə zamanı həlak olmuş şəxslərə xüsusi titul verilməsini bizdən xahiş edirəm. Minatəmizləmə zamanı həlak olanlara da şəhid adının verilməsi məsələsini qaldırmağı xahiş edirəm”- deyə o qeyd edib.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı