COP29-a hazırlıq işləri yekun mərhələdədir
Tarix: 14-10-2024, 19:00
Baxılıb: 2 322
Google+ Paylaş
Tumblr Paylaş

COP29-a hazırlıq işləri yekun mərhələdədir

14-10-2024, 19:00

Prezident İlham Əliyev COP29-a hazırlıq işlərinin yekun mərhələdə olduğunu bildirib.
AvroMedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.
ən dövlət başçısı COP-öncəsi tədbirinin bu işlərin uğurla həyata keçirilməsini nümayiş etdirdiyini vurğulayıb. Prezident İlham Əliyev növbəti ildə Azərbaycanın COP-a sədrliyi dövründə də dünyanın müxtəlif bölgələri arasında körpü rolu oynamaq əzmində olduğunu deyib. Dövlət başçısı, eyni zamanda, yaşıl enerjiyə keçidin də bizim geniş gündəliyimizdə duran mühüm məsələ olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, planlaşdırdığımız layihələrin artıq bir hissəsinin həyata keçirildiyini nəzərə alsaq, qarşıdakı illərdə enerji sektorumuzda bərpaolunan enerjinin payı əhəmiyyətli dərəcədə artacaq və biz bu sahədə Belçika şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ