Soçidən Bakıya birbaşa aviareyslər açılır
Tarix: 7-10-2024, 17:56
Baxılıb: 2 298
Google+ Paylaş
Tumblr Paylaş

Soçidən Bakıya birbaşa aviareyslər açılır

7-10-2024, 17:56

Rusiyanın “Ural Hava Yolları” şirkəti oktyabrın 28-dən Soçidən Bakıya birbaşa uçuşlara başlamağı planlaşdırır.
AvroMedia.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilib ki, uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək. Soçidən bazar ertəsi və cümə axşamı, Bakıdan isə reyslər çərşənbə axşamı və cümə günləri baş tutacaq. Uçuş vaxtı təxminən 2 saat olacaq.
Qeyd edək ki, hazırda aviaşirkət Yekaterinburqdan və Moskva yaxınlığındakı Jukovski şəhərindən Azərbaycan paytaxtına uçuşlar həyata keçirir.
Soçi Hava Limanının cədvəlinə əsasən, oktyabr ayında “Azimut” və “Azərbaycan Hava Yolları” (AZAL) da bu marşrut üzrə uçuşlar həyata keçirəcək.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ