Müdafiə naziri Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.
AvroMedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziari general-polkovnik Zakir Həsənov Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak edib.
General-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Daha sonra müdafiə nazirləri digər rəsmilərlə birgə sərgini ziyarət edib və qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb.
Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalı izləyicilər tərəfindən böyük maraq və həvəslə qarşılanıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi