Baş nazir Əli Əsədov Əhməd Əhmədzadənin Nazirlər Kabinetinin Aparatındakı vəzifəsini dəyişib.
AvroMedia.az xəbər verir ki, Əhməd Əhmədzadə baş nazirin müşaviri vəzifəsindən köməkçi vəzifəsinə keçirilib.
Bununla da, baş nazirin köməkçilərin sayı 3-ə (Əhməd Əhmədzadə, Mehman Tağıyev, Fəxri İsmayılov) çatıb. Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov isə baş nazirin müşaviridir.
Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadə 2021-ci ilin aprel ayında baş nazirin müşaviri təyin olunmuşdu.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur