Samux rayonunda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı qeyd edilib.
AvroMedia.az xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Firdovsi Əliyev başda baş prokuror Kamran Əliyev olmaqla bütün prokurorluq orqanları əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb.
Samux rayon Prokuroru Könül Ələsgərova isə çıxışında ölkə başçısının prokurorluq orqanlarına və işçilərinə göstərdiyi qayğısı haqqında geniş və ətraflı məlumat verib.
İcra Hakimiyyətinin Başçısı tərəfindən rayonda öz işlərində fərqlənən rayon prokurorluğunun əməkdaşları Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıb.
Tədbirin sonunda “Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı” günü münasibəti ilə Samux-Kür yolunun kənarına tədbir iştirakçıları tərəfindən 500 ədədə yaxın şam və sərv ağacları əkilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi