Qarabağda TƏBİB-in təşəbbüsü və Qarabağ Dirçəliş Fondunun iştirakı ilə «Ürəyimiz Qarabağda döyünür!» layihəsi həyata keçiriləcək.
Layihə çərçivəsində ilk tədbir 25-26 sentyabr 2024-cü il tarixlərində Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş tutacaq. Kardioloji xəstəliklərin erkən diaqnostikası və xidmət əlçatanlığının artırılması məqsədilə keçirilən layihədə tibbi müayinələr Bakı, Sumqayıt, Göyçay və Şirvan şəhərindən dəvət olunan uzman və ixtisaslı həkimlər tərəfindən həyata keçiriləcək."Ürəyimiz Qarabağda döyünür!« layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş tutacaq kardioloji müayinələrdən yararlanmaq istəyən vətəndaşların adıçəkilən tibb müəssisəsinin Qeydiyyat bölməsinə, Ağdam-Ağcabədi Tibbi Ərazi Bölməsi (Xocavənd, Ağdam, Beyləqan, Füzuli, Laçın) üzrə digər rayonların sakinlərinin isə ərazi üzrə rayon mərkəzi xəstəxanalarının Xəstə xidmətləri şöbəsinə müraciət etmələri tövsiyə olunur.
Qeyd edək ki, layihə çərçivəsində bütün tibbi xidmətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində göstəriləcək.
Qeyd edək ki, layihə çərçivəsində bütün tibbi xidmətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində göstəriləcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi