Müğənni Rəqsanə İsmayılovanın başına iş gəlib.
AvroMedia.az xəbər verir ki, bu barədə o, "Bizimləsən" proqramında məlumat verib.
Rəqsanə bildirib ki, evindən külli miqdarda qızıl oğurlanıb.
"218 min avro (412 min manat) dəyərində qızıl oğurlanıb. Moskvadakı evimdə baş verib. Kimin etdiyini bilirəm. Yaxın adamımdır. Ad çəkmək istəmirəm. Sadəcə bu hadisə Moskvada baş verdiyi üçün burada polisə müraciət edə bilmərəm. Hadisə 20 gün əvvəl baş verib. Bununla bağlı Moskvadan Bakıya axtarış verilib. Mən Moskvaya məclisə getmişdim. Elə oldu ki, Bakıya qayıdanda zinət əşyalarıma açıb baxanda gördüm ki, sırğam yoxdur. O da "Cartier" brendinə məxsus, bahalı zinət əşyasıdır. Sırğadan sadəcə dünyada 17 ədəd istehsal olunub. Mən evdə bunu deyəndə hamı Allaha and içdi. Bakıya gəldim ki, axtarım, Fazil müəllimlə də məsləhətləşdim. Oradan mənə yazdı ki, sənə bir sirr açım. Yəni özü etiraf etdi".

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...