Son günlər Bakı bulvarında məşhur “Mirvari” gəmisi yenidən görünməyə başlayıb. Yayılan görüntülərdə gəminin yenilənmiş görkəmdə Dəniz Vağzalına yan aldığı əks olunur.
Bir neçə ildir ki, dənizin səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırıldığı bildirilirdi.
Bir neçə ildir ki, dənizin səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırıldığı bildirilirdi.
AvroMedia.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Modern.az-a açıqlamasında artıq bir müddətdir gəmi gəzintisinin bərpası istiqamətində işlərin görüldüyünü, gəmilərin təhlükəsiz hərəkəti üçün marşrutun müəyyənləşdirildiyini bildirib:
“Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı. Müvafiq hissələrdə dənizin dərinliyinin ölçülməsi həyata keçirildi və buna uyğun marşrut xətləri müəyyənləşdirildi. Eyni zamanda “Mirvari” gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparıldı. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Yaxın vaxtlarda bulvarda gəmi gəzintisi yenidən bərpa ediləcək”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi