Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobus sayı artırılacaq.
AYNA-dan AvroMedia.az-a bildirilib ki, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb.
“Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb ediləcək. 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır. Bundan əlavə, Sumqayıt şəhəri və Abşeron rayonunda 2023-cü ilin sentyabr ayı ilə müqayisədə sərnişindaşımaya əlavə olaraq 75 avtobus cəlb edilib. Sumqayıt şəhəri və Abşeron rayonuna aid marşrutlar üzrə yay aylarında 370-390 avtobus istismar edilirdisə, tədris mövsümü ilə əlaqədar avtobus sayı 486-ya çatdırılıb”, – deyə AYNA-nın yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir. Bununla da əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınması, sıxlıq hallarının aradan qaldırılması istiqamətində növbəti addım atılır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi