Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir.
Bakı hava limanından AvroMedia.az-a bildirilib ki, bu tip məlumatlar tamamilə saxtadır və Heydər Əliyev Beynəlxalq Aeroportu ilə heç bir əlaqəsi yoxdur.
“Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik. Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, - deyə məlumatda bildirilir.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur