Yeni dələduzluq növü
Tarix: 29-08-2024, 08:00
Baxılıb: 2 477
Google+ Paylaş
Tumblr Paylaş

Yeni dələduzluq növü

29-08-2024, 08:00

Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb.
AvroMedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev paylaşım edib.
“Necə təşkil olunur? Saxta sosial şəbəkə səhifə və profillərin storilərində forex vasitəsilə yüksək məbləğlərdə — 10000, 20000, 40000, 50000 min manat uduş əldə etdiklərinə görə hansısa naməlum şəxslərə təşəkkür mətnləri yazılır.
Guya həmin şəxs ona pul qazanmağa yardım edib. Bunu görən bir başqa vətəndaş dərhal həmin şəxsdən kömək istəyir, ona da qazanmaq üçün fürsət yaradılmasını xahiş edir. Beləliklə, naməlum adam israrlı xahişlərdən sonra ondan şəxsi bank kart məlumatlarını alır, ilkin yatırım üçün kartda bəlli bir vəsaitin olacağı təqdirdə ona kömək edəcəyini vəd edir” , - DİN rəsmisi qeyd edib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ