Afiyəddin Cəlilovun sosial şəbəkələrdə çəkdiyi qeyri-etik videolarla gündəmə gələn yeniyetmə nəvəsi Əli-Afiyəddin yenidən müzakirə mövzusu olub. Bu dəfə onun Türkiyədə eyni hərəkətləri təkrarlayaraq ətrafındakı insanları narahat etməsini göstərən görüntüləri yayılıb.
O, sonuncu dəfə Azərbaycanda yaşlı qadını qucağına alıb silkələyərək buraxdığını əks etdirən video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edildiyi üçün Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.
AvroMedia.az xəbər verir ki, Oxu.az məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına sorğu ünvanlayıb.
Cavab olaraq bildirilib ki, qeyd edilən şəxs xəstəxanaya cari ilin fevralın 1-də yerləşdirilib:
“12 günlük müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün valideynlərinin ərizəsi ilə evə yazılıb”.
Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin məktəblidir. O, metroda, avtobusda, küçədə, liftdə qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi