“WhatsApp”da yeni funksiyalar peyda olub. Belə ki, populyar mesajlaşma tətbiqində stiker yaratma imkanları genişləndirilib.
AvroMedia.az xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
Əsas yeniliklərdən biri “WhatsApp”a “Giphy” stiker kitabxanasının inteqrasiyası olacaq. İstifadəçilər mətn sorğuları və ya emojilər vasitəsilə asanlıqla stikerlər axtara və paylaşa biləcəklər.
Bundan əlavə, əvvəllər yalnız “iOS”da mövcud olan öz stikerlərini yaratmaq və redaktə etmək funksiyası indi “Android”də də olacaq. İstifadəçilər öz şəkillərini fərdiləşdirilmiş stikerlərə çevirə və ya mövcud olanları daxili redaktə alətləri ilə dəyişdirə biləcəklər. Yaradılmış stikerlər avtomatik olaraq şəxsi kitabxanada saxlanılacaq.
“WhatsApp”, həmçinin saxlanılan stikerlərin təşkilini təkmilləşdirib. İndi ən çox istifadə olunan stikerləri yuxarı hissəyə köçürmək və ya lazımsızları silərək kolleksiyanı optimallaşdırmaq mümkündür.
Bütün bu yeniliklər bir neçə həftə ərzində tədricən tətbiq ediləcək.
“Android” və “iPhone”da yenilənmiş funksiyaların dəqiq vaxtı hələ açıqlanmır.//Oxu.az

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb