"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, "Azərlotereya" ASC-nin dəstəyi və "Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə yerli və xarici ali təhsil müəssisələrində təhsil alan tələbə şəhid övladları üçün Türkiyə Respublikasının Qaradəniz bölgəsində "Əmanətə Sədaqət" yay düşərgəsinə start verilib.
AvroMedia.az xəbər verir ki, 21 tələbə şəhid övladının iştirak etdiyi düşərgənin ilk günündə iştirakçılar Sumela Monastrını, Aya Sofiya Məscidini və Atatürk Köşkünü ziyarət ediblər.
Qeyd edək ki, 16 avqust tarixinədək davam edəcək düşərgə ərzində iştirakçılar karyera planlaması və şəxsi inkişaf, komanda işi və liderlik mövzuları üzrə peşəkar təlimlərdə iştirak edəcəklər.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb