Aparıcı-prodüser Tarix Əliyev (Tolik) "Azərbaycan Hava Yolları"nı tənqid edib.
AvroMedia.az xəbər verir ki. o, hava yolları şirkətinin Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərov və Azərbaycan cüdoçusu Zelim Kotsoyevə AZAL-ın istənilən müntəzəm marşrutu üzrə iki ödənişsiz gediş-dönüş aviabileti hədiyyə etməsini birmənalı qarşılamayıb:
"Çox maraqlıdır ki, AZAL Olimpiya oyunlarında qızıl medal qazanan idmançılarımıza gediş-dönüş iki bilet təqdim edib. İndi sual yaranır: Bizim gümüş və bürünc medalçılarımıza nə verəcəklər? Təkcə bir istiqamət üçün bilet, yoxsa yalnız dönüş bileti?".
Qeyd edək ki, AZAl tənqidlərdən sonra bununla bağlı paylaşımının şərh bölməsini bağlayıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi