Ən azı 100 min israilli Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda İsrailə uçuşların kütləvi şəkildə ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilmir.
AvroMedia.az xəbər verir ki, bu barədə İsrailin “12-ci Telekanalı” məlumat yayıb.
Xaricdən qayıdan İsrail vətəndaşlarına Yunanıstan və ya Kiprə getmələri tövsiyə olunub.
Vəziyyətlə bağlı İsrail Xarici İşlər Nazirliyi xüsusi onlayn xidmət işə salıb. Bu xidmət vasitəsilə insanlar yerlərini bildirə və ölkəyə qayıtmaq üçün əlavə məsləhətlər ala bilərlər.
Qeyd edək ki, son günlər azı 18 beynəlxalq aviaşirkət Təl-Əvivə uçuşları ləğv edib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur