"Fəxri ad məsələsi başqa ölkələrdə məna kəsb eləmir".
AvroMedia.az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.
Xalq artisti sözügedən məsələsi qardaş Türkiyə ilə müqayisə edib.
“Türkiyədə mənə sual verdilər ki, bu nədir? Bu adlar nəyə gərəkdir? Mən birtəhər izah etdim. Cavabında dedilər ki, bizdə iki qisim sənətçi var: zəngin və yoxsul. Əgər adam çox filmə çəkilirsə, zəngindir, çəkilmirsə, deyil. Dediyim odur ki, bu gün bizim niyyətimiz ad almaq deyil. Xeyr. Bu bir Sovet stimulu idi. Bizim məqsədimiz indi bu deyil və olmamalıdır”,- o əlavə edib.
İttifaq sədri Azərbaycan filmində son illərdə baş verən durğunluğa təəssüf hissi ilə toxunub: “Bu zaman içərisində bəzən müəyyən fəxri ad alan şəxsləri, təəssüf ki, sonralar heç bir filmdə, layihədə görə bilmirik. Onda biz çətin vəziyyətə düşürük”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi