Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər sosial mediada “London” taksilərinin kütləvi şəkildə istismardan çıxarılması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
AvroMedia.az-ın xəbərinə görə, AYNA-dan deyilib ki, ölkədə taksi minik avtomobilləri parkının yenilənməsi, elektriklə işləyən, ekoloji cəhətdən təmiz və smart texnologiyaların geniş tətbiq edildiyi taksilərin istismarı prioritet istiqamət kimi müəyyən edilib.
““LEVC TX4” London taksilərinin əksəriyyətinin istismar müddəti başa çatıb. İstismar müddəti başa çatan avtomobillərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbir görüləcək.
İstismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə cavab verən nəqliyyat vasitələri isə mərhələli şəkildə təmir olunaraq xəttə buraxılır”, – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, 2011-ci ildə Azərbaycana gətirilən “London” taksiləri Lökbatan qəsəbəsindəki qarajda toplanılır. Bu avtomobillərin tamamilə yararsız hala düşməsilə bağlı fotolar bir neçə gündür sosial medialarda yayılıb. (Apa)

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi