Bir qrup beynəlxalq səyyah Ağdama yola düşüb.
AvroMedia.az bildirir ki, turistlər işğal illərində Ermənistanın Ağdamda törətdikləri dağıntılar, davam edən bərpa və tikinti işləri ilə tanış olublar.
Bundan başqa, səyyahlar bərpa edilmiş Ağdam məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Qonaqlara şəhərin işğal və dağıntıdan əvvəlki tarixi fotoşəkilləri də nümayiş etdirilib.
Xatırladaq ki, 35 beynəlxalq səyyahdan ibarət heyət bu gün Şuşaya səfər edib.
Səfər dünyamiqyaslı MTP (Most traveled People) təşkilatı tərəfindən təşkil olunub.
Son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi qrupun səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərdə 13 ölkədən – ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digər ölkələrdən səyyahlar iştirak edirlər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi