İyulun 25-i saat 16:00-a olan faktiki məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 25-i saat 16:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Şəki, Şamaxı, Ağsu, Qobustan, Mingəçevir, Qax, Zərdab, İsmayllı, Oğuz, Qəbələ, Qusar, Quba, Xaçmaz, Qrız, Şahdağ, Şəmkir, Daşkəsən, Şabran, Altıağac, Gəncə, Yevlax, Yardımlı, Lerik, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdab məntəqəsində suyun səviyyəsi 143 sm, Əyriçay-Ağyazıda 14 sm, Qaraçay-Rükdə 15 sm, Türyançayda 9 sm, Katexçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 16 sm, Kiçik Qafqaz ərazisindən axan Bəsitçayda 9 sm artım qeydə alınıb. Hazırda Qarasuçay-Zərdab məntəqəsindən sel keçir.
Bölgələrdə müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyulun 26-sı axşamadək davam edəcəyi gözlənilir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi