Bünyadovun qatilini azadlığa çıxarmaq istədi, özü həbs olundu
Tarix: 22-07-2024, 21:36
Baxılıb: 2 718
Google+ Paylaş
Tumblr Paylaş

Bünyadovun qatilini azadlığa çıxarmaq istədi, özü həbs olundu

22-07-2024, 21:36

Bakı şəhəri Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Akif Əlimirzə oğlu Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.
AvroMedia.az xəbər verir ki, işin hallarından görünür ki, akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Mahir Nurhüseyn oğlu Zeynalovun azadlığa buraxılmasına nail olmaq üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə Akif Əlimirzə oğlu Bağırova külli miqdarda pul vəsaiti göndərilib.
Akif Bağırov bu istiqamətdə yollar axtarmaq üçün həmin vəsaitləri məsuliyyətə cəlb edilmiş digər Azərbaycan Respublikası vətəndaşına verib və bu vəsaitlər Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində həyata keçirilmiş tədbirlər zamanı aşkar edilərək sübut qismində götürülüb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Akif Bağırov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Trend
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ