Bir neçə gündür dünya bazarında buğdanın qiymətinin ucuzlaşması ilə bağlı fikirlər səsləndirilir. Buğdanın qiymətinin ucuzlaşması və ya bahalaşması un və çörəyin qiymətinə təsir edirmi? Azərbaycanda yaxın günlərdə buğda ucuzlaşa bilərmi?
AvroMedia.az xəbər verir ki cavablandıran iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycan buğda idxal edən ölkədir, buğda ixrac etmir:
“Qiymətlər dünya bazarı çərçivəsində dəyişir. Belə bir məsələni Azərbaycanın gücü çərçivəsində müəyyən etmək olmur. Azərbaycan buğda idxal edən ölkədir, buğda ixrac etmir. Azərbaycan buğdaya olan tələbatının 57-58%-ni özü ödəyir, 2%-ni xaricdən, əsasən də Rusiyadan alır. Azərbaycanda yığılan buğdanın çox hissəsi keyfiyyətsizdir. Ərzaqlıq buğdaya olan tələbatımızın isə yalnız 25%-ni özümüz ödəyir, 75%-ni xaricdən alırıq”.
İqtisadçı ölkəmizdə buğdanın qiymətinin ucuzlaşmağacağını vurğulayıb:
“Azərbaycan buğda qiymətini ucuzlaşdıra bilməz. Necə ki neftin, qızılın qiyməti dünya bazarında formalaşır, eyni qaydada buğdanın qiyməti də dünya bazarında formalaşır.
Birjada qiymətlər hər gün, hər həftə dəyişir. Martın 6-da 1 ton buğda 155 funta düşmüşdüsə, mayın 28-i 1 tonun qiyməti 203 funta qalxdı, iyunun 25-i yenidən 165 funta endi, iyulun əvvəli isə yenidən 199 funt oldu. Son 5 ilin statistikasına baxdıqda görürük ki, indiki qiymətlər hardasa 2020-2023-cü ilin ikinci yarısında formalaşan qiymətə uyğundur, çox baha deyil”.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb