Özünü general kimi təqdim edərək, vətəndaşların etibarından sui-istifadə ilə dələduzluq əməllərində şübhəli bilinən şəxs saxlanılıb.
AvroMedia.az xəbər verir ki , araşdırma zamanı müəyyən edilib ki, paytaxt sakini, əvvəllər məhkum olunmuş Elvin Firudin oğlu Babazadə özünü ali rütbəli - (general-mayor) əməkdaş kimi təqdim edərək insanların pul vəsaitlərini ələ keçirib.
Cari ilin aprel-may ayları ərzində ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onların ümumilikdə 61700 manatını dələduzluq yolu ilə talayıb.
Faktla bağlı E.Babazadə barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Onun əməllərindən zərərçəkmiş başqa vətəndaşlar DİN-in 102 Zəng-Mərkəzinə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu