Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar üçüncü dəfə ata olub.
AvroMedia.az xəbər verir ki, futbolçu bu barədə özü açıqlayıb.
O, iyulun 3-də qız övladının – Helenanın dünyaya göz açdığını bildirib.
Neymarın hər üç övladı fərqli qadınlardandır. Braziliyalı futbolçunun 2011-ci ildə Karolina Dantos Davi Lukadan bir oğlu dünyaya gəlib. Keçən ilin oktyabrında o, ikinci dəfə ata olub və Maevi adlı qızının doğulmasından bir ay sonra keçmiş sevgilisi Bruna Byankardidən ayrılıb. Neymarın ikinci qızını isə qısa müddət münasibətdə olduğu Amanda Kimberli dünyaya gətirib.
Qeyd edək ki, 32 yaşlı futbolçu ötən yay Fransanın PSJ klubundan Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”a transfer olunub. Hücumçu zədə səbəbindən ötən mövsüm cəmi 5 oyunda meydana çıxıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi