Ödənişli yoldan istifadə qaydası dəyişdi
Tarix: 13-07-2024, 11:29
Baxılıb: 3 603
Google+ Paylaş
Tumblr Paylaş

Ödənişli yoldan istifadə qaydası dəyişdi

13-07-2024, 11:29

“Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nda dəyişiklik edilib.
AvroMedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qüvvədə olan qərara əsasən, ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilib.
Dəyişikliyə əsasən, hər bir ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən təsdiq ediləcək.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ