2023-2024-cü tədris ili başa çatdığından Bakıda kirayə qalan bir çox tələbələr rayonlara qayıdıblar. Bu il məzun olanlar kirayə qaldıqları ev və mənzilləri sahiblərinə təhvil veriblər. Bunun isə kirayə mənzil bazarında qiymətlərə necə təsir edib-etməyəcəyi sual doğurur.
Əvvəllər kirayədə qalan tələbələrin rayonlara qayıtması mənzil bazarında qiymətlərə təsirsiz ötüşürdü. Ekspertlərin fikrincə, əvvəlki illərə nisbətən artıq belə hallar kirayə mənzil bazarına o qədər də təsir göstərmir.
AvroMedia.az xəbər verir ki, Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, kirayə mənzil bazarında vəziyyət stabildir.
Onun sözlərinə görə, ümumiyyətlə, yay aylarında xüsusilə də çoxmənzilli binalarda qiymətlərdə artım olmur. Ekspert bildirib ki, əsasən, dərs müddəti bitdikdən sonra tələbələrin bir çoxunun rayonlara səfər etməsinə görə qiymətlər nisbətən azalır:
“Doğrudur, keçən il bunu müşahidə edə bilmədik. Çünki keçən il tələbələrin əksəriyyəti qiymətlərin yüksək olması səbəbindən sentyabrda geri döndükdə ev tapa bilmirdilər. O səbəbdən kirayə qaldıqları mənzilləri boşaltmamışdılar. Güman edirəm ki, bu il də belə olacaq. Çünki onların bir çoxu rayona getməkdənsə, Bakıda qalaraq işləməyə üstünlük verirlər. Hər halda bunu zaman göstərəcək. Amma qiymətlər hələlik stabildir. Avqustun sonundan başlayaraq sentyabrın sonunadək qiymətlərdə dəyişiklik ola bilər. Bu isə müvəqqətidir. Dekabrdan başlayaraq yenidən vəziyyət stabilləşir”.
R.Qasımzadə hazırda kirayə mənzil bazarında qiymətlərin necə dəyişdiyindən də danışıb. Onun sözlərinə görə, hazırda kirayə mənzil bazarında qiymətlər birotaqlılar üçün minimum 300 manatdan başlayır və 400 manata qədər dəyişir:
“İkiotaqlılar təxminən 400-700 manata, üçotaqlılar isə təqribən 500 manatdan başlayaraq 800-1000 manata qədər təklif olunur. Yeni tikili binalarda isə qiymətlər kvadratmetrindən asılı olaraq formalaşır. Bir kvadratmetrin qiyməti təxminən 7 manatdan başlayaraq 12 manata qədər dəyişə bilir”.
Ekspert söyləyib ki, metro stansiyalara yaxın ərazilərdə yerləşən mənzillər daha baha, şəhərətrafı yerlərdə isə nisbətən ucuzdur:
“Demək olar ki, qiymətlərin baha olduğu ərazilər metro yaxınlığında yerləşən mənzillərdir. Belə mənzillərin qiyməti digərlərindən fərqli olaraq təxminən 15-20% daha bahadır. Məsələn, metronun yaxınlığında birotaqlı mənzil 400 manatdırsa, bir qədər kənarda eynisini 300 manata da tapmaq olar. Paytaxtda kirayə mənzillərin baha olduğu rayonlara Səbail, Nərimanov və Nəsimi daxildir. Xətai, Sabunçu və Suraxanı rayonlarında isə kirayə mənzil qiymətləri nisbətən aşağıdır”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi