Azərbaycanda 12 vəkil intizam pozuntusuna yol verdi
Tarix: 2-07-2024, 10:38
Baxılıb: 3 597
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda 12 vəkil intizam pozuntusuna yol verdi

2-07-2024, 10:38

Azərbaycanda 12 vəkilin intizam pozuntusu qeydə alınıb.
AvroMedia.az xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclasında müzakirə aparılıb.
İclasda ümumilikdə 25 müraciət əsasında (onlardan 6 müraciət digər işlərlə eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 19 işə baxılıb, 2 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 17 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:
– 12 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;
– 2 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;
– 3 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması.
Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, 3-ü məhkəmələrdən, 3-ü isə prokurorluq orqanlarından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.
Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 7-si fiziki şəxslərin, 3-ü prokurorluq orqanlarının, 2-si məhkəmələrin müraciətləri üzrə olub, məhkəmələrdən daxil olan 1 müraciət və fiziki şəxslərdən daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, fiziki şəxslərdən daxil olan 3 müraciət üzrə isə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması barədə rəylər verilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ