Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
Tarix: 28-06-2024, 18:29
Baxılıb: 3 602
Google+ Paylaş
Tumblr Paylaş

Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq

28-06-2024, 18:29

Qısamüddətli geomaqnit qasırğası gözlənilir.
Bu barədə AvroMedia.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə, demək olar, təsiri olmayan C sinif alışmalar olub:
"Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır".
Vurğulanıb ki, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, iyunun 28-29-da qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq:
"Geomaqnit aktivliyi göstərən Kp əmsalı iyunun 29-da sübh saatlarıda 3-4,8 intervalında dəyişəcək, saat 10:00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ