Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AvroMedia.az-a bildirib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
G.Məmmədova deyib ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Onun sözlərinə görə, düşən yağıntının miqdarı aylıq normanın 20 %-ni təşkil edib:
“Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırda zəif şimal-şərq küləyi əsir”.
Qurum rəsmisi qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu 27-32 dərəcə isti, çimərliklərdə dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi