Sərnişinlərin NƏZƏRİNƏ
Tarix: 19-06-2024, 14:29
Baxılıb: 2 698
Google+ Paylaş
Tumblr Paylaş

Sərnişinlərin NƏZƏRİNƏ

19-06-2024, 14:29

“28 May” Nəqliyyat Mübadilə Mərkəzində aparılan təmirlə əlaqədar avtobus marşrutlarının hərəkət sxemləri dəyişdirilir.
AvroMedia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, metronun “28 May” stansiyası və Bakı Dəmiryol Vağzalının qarşısındakı ərazidə aparılan təmir işləri ilə əlaqədar Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilir.
Dəyişikliyə əsasən, iyunun 20-dən etibarən 14 avtobus marşrutunun dayanacaq məntəqələri dörd müxtəlif ərazidə təşkil edilir:
– 1, 46, 125 və H1 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi 28 May küçəsində (S.Vurğun bağı);
– 21, 30, 32, 49 və 175 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Dilarə Əliyeva küçəsində (S.Vurğun bağı);
– 14 və 88A nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişmədə)
– 4, 5 və 88 nömrəli avtobus marşrutlarının aralıq dayanacaq məntəqəsi Azadlıq prospektində (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yanı) təyin edilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ