İyunun 19-u saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar arabir leysan xarakterli olub.
Milli Hidrometeorologiya Xidmətindən AvroMedia.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Balakəndə 46 mm, Şəkidə 24 mm, Zaqatalada 12 mm, Ağstafada 8 mm, Ordubadda 7 mm, Qax (Sarıbaş), Ağdamda 6 mm, Ceyrançöl, Göygöl, Şəmkir, Şahdağ, Yardımlı, Qəbələ, Naxçıvan, Culfa, Daşkəsən, Tovuz, Gəncə, Balakən, Qusar, Qrız, Göyçayda 5 mm-dək olub.
Şimal-qərb küləyi arabir Naftalan, Tərtər, Gəncədə 28 m/s, Goranboyda 27 m/s, Ağdamda 22 m/s, Beyləqan, Bərdə, Culfada 20 m/s, Mingəçevir, Şəmkirdə 18 m/s, Zaqatalada 17 m/s, Ceyrançöl, Naxçıvanda 16 m/s, Yevlaxda 15 m/s-dək güclənib.
Havanın temperaturu havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi