Bu avtobus marşrutları “BakuBus”a verildi
Tarix: 12-06-2024, 15:20
Baxılıb: 3 419
Google+ Paylaş
Tumblr Paylaş

Bu avtobus marşrutları “BakuBus”a verildi

12-06-2024, 15:20

Bakı-Zaqatala, Bakı-Bərdə, Bakı-Tərtər şəhərlərarası, paytaxtın 120 və 140 nömrəli şəhərətrafı, eləcə də 120E, 121E və 140E nömrəli ekspres avtobus marşrutları ilə bağlı müsabiqənin qalibləri açıqlanıb.
AvroMedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Belə ki, paytaxtın 120 və 140 nömrəli şəhərətrafı, 120E, 121E və 140E nömrəli ekspres avtobus marşrutları, eləcə də “Bakı-Zaqatala-Bakı” və “Bakı-Bərdə-Bakı” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC müəyyən olunub.
“Bakı-Tərtər-Bakı” marşrutu üzrə 2 hüquqi şəxs - “BakuBus” MMC və “Uğurlu Yol” MMC ən çox bal toplayaraq qalib elan edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ