Sosial şəbəkələrdə və elan saytlarında avtomobilin dövlət qeydiyyat nişanını gizlətmək üçün müxtəlif qurğular satılır.
AvroMedia.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, qayda pozan bəzi sürücülər də cərimədən yayınmaq üçün həmin xüsusi avadanlıqlar vasitəsilə avtomobillərinin nömrələrini gizlədirlər.
Sürücülər qurğunu pult vasitəsilə idarə edərək bu yolla istədikləri an nömrəni gizləyə bilirlər. Sözügedən qurğuların qiyməti isə 200 manatdan başlayır.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Toğrul Nəsirli bildirib ki, həmin qurğulardan istifadə edən sürücülər inzibati məsuliyyətə cəlb olunurlar.
T.Nəsirli qeyd edib ki, ümumiyyətlə, avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə halları tez-tez olur. Sürücülər bu üsulla qayda pozmağın məsuliyyətindən yayınmağa çalışsalar da, aşkarlandıqda daha çox ziyana düşürlər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə dörd cərimə balı və 100 manat məbləğində cərimə nəzərdə tutulub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi