Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi ilə bağlı açıqlama verib.
AvroMedia.az xəbər verir ki , Ərdoğan müsabiqəni tənqid edib və 12 ildir ölkənin yarışmaya qatılmamasını uğurlu siyasət adlandırıb:
"Beynəlxalq yarışmalarda hərəkətləri, geyimləri, sözləri ilə normal insana rast gəlmək demək olar ki, mümkün deyil. Bunun məqsədli siyasət olduğu artıq hamıya məlumdur. Türkiyəni son 12 ildir bu biabırçılıqdan uzaqda tutaraq nə qədər düzgün qərar verdiyimizi daha yaxşı anlayırıq".
Xatırladaq ki, daha əvvəl Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemonu tənqid edib.
Qeyd edək ki, Türkiyə sonuncu dəfə "Avroviziya"da 2012-ci ildə Azərbaycanda keçirilərkən iştirak edib.
Onu da qeyd edək ki, bu il ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb