Elektrik mühərrikli avtomobil sürənlərin NƏZƏRİNƏ
Tarix: 13-05-2024, 20:36
Baxılıb: 3 617
Google+ Paylaş
Tumblr Paylaş

Elektrik mühərrikli avtomobil sürənlərin NƏZƏRİNƏ

13-05-2024, 20:36

Azərbaycanın müəyyənləşdirilmiş 2-3 şəhərində və ən işlək 5 magistral yolunda enerjidoldurma məntəqələrinin quraşdırılmasına dair pilot layihələrin həyata keçirilməsinə dair təkliflər hazırlanacaq.
Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.
Qeyd edilib ki, təkliflər hazırlanaraq Komissiyaya təqdim olunacaq.
Layihə oktyabrın 1-dək “Azərişıq” ASC, Energetika Nazirliyi (Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi), İqtisadiyyat Nazirliyi (Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi (Azərbaycan Texniki Universiteti), Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Neft Şirkəti, altqrupda təmsil olunan digər aidiyyəti qurumlar tərəfindən hazırlanmalıdır. Reportскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ