Bu yol bağlanır - Sürücülərin nəzərinə
Tarix: 8-05-2024, 16:25
Baxılıb: 2 486
Google+ Paylaş
Tumblr Paylaş

Bu yol bağlanır - Sürücülərin nəzərinə

8-05-2024, 16:25

10 may saat 08:00-dan 13 may saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək, “N.Nərimanov” metro stansiyası istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə AvroMedia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, bu, aparılacaq əsaslı təmir işləri ilə əlaqədardır:
“Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ