9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
AvroMedia.az xəbər verir ki, həmin gün qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. “28 May” Yaşıl və Qırmızı xətlərin birləşdiyi stansiya olduğundan buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində və əksinə qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Sərnişin axınının istiqamətləri dəyişə biləcəyindən, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.
“Bakmil” stansiyasına da qatarların daxil olub-çıxma vaxtları dəyişdiriləcək. Bu istiqamətdə hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur. Həmin gün metropoliten istifadəçilərinin təhlükəsizliyi və sərnişin məmnunluğu nəzərə alınaraq, işçi heyətinin növbətçilik cədvəli əsasında iş rejimi də müəyyən olunub.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur