Texniki baxışdan keçdikdə bunlara ƏMƏL ETMƏLİYİK
Tarix: 2-05-2024, 21:14
Baxılıb: 2 893
Google+ Paylaş
Tumblr Paylaş

Texniki baxışdan keçdikdə bunlara ƏMƏL ETMƏLİYİK

2-05-2024, 21:14

Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin tabeçiliyində olan Sabunçu rayon Müayinə Mərkəzində texniki baxışdan keçdiyimiz zaman orda gördüyümüz nizam-intizam həqiqətən təqdirəlayiqdir.
Düzdür bəzi sürücülərin narazılığı da var, onlar bildirirlər ki, nə bilim alov söndürənimin vaxtı keçib, bəzisində alov söndürən bir litirlikdir, amma deyirlər iki litirlik olmalıdır, maşında nəsə çatmır deyirlər orasını düzəlt gəl. Hal bu ki, girişdə lövhə asılıb ki, texniki baxışdan keçmək üçün hansı mərhələdən keçirik. Bunlara əməl etdikdə heç bir çətinlik yaranmır, dövlət rüsumunu ödəyib texniki baxışdan keçirlər. Gəlin görək bu tələblər nə üçündür?
1. Ətraf mühitin korlanmaması.
2. Maşının saz vəziyyətdə olması.
3. Uzaq və ya yaxın yol gedəndə hər hansı bir xəstəyə ilkin yardım etmək.
4. Maşını yanğından qorumaq üçün ilkin yardım etmək və s.
Bunlar hamısı bizim özümüz üçün lazım olanlardır. sadəcə texniki baxış bunlar üçündür ki, bunlara da əməl etməliyik.
Bizim maşınımızda texniki baxışdan keçdi, müəyyən xırda qüsurlara baxmayaraq  əməkdaşlar noqsanımızı dedi və bildirdilər ki, bunları aradan qaldırsanız etibarlı maşınla uzaq gedərsiniz. Bizdə çox rahat şəkildə dövlət rüsumunu ödəyərək oranı tərk etdik. Müayinə Mərkəzinin həyətində yerləşən istirahət otağında sürücülərə ödənişsiz çay verilməsi də gözümüzdən qaçmadı.
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ