Bakıda “Kəlağayı festivalı” keçiriləcək
Tarix: 26-04-2024, 08:22
Baxılıb: 2 343
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

26-04-2024, 08:22

Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə aprelin 27-də “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində ilk dəfə olaraq respublikamızda “Kəlağayı festivalı” keçiriləcək.
AvroMedia.az xəbər verir ki, festival Xətai rayonunda Ukrayna dairəsindəki Heydər Əliyev parkında yerləşən 925 tamaşaçı yeri olan Amfiteatrda keçiriləcək.
Kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu il bu əlamətdar hadisənin 10 illiyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ