“Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin”. AvroMedia.az -ın məlumatına əsasən OLAY yazır ki, bu sözləri “Səni axtarıram” verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib.
O həmçinin ötən gün vəfat edən sabiq deputat Hadı Rəcəblidən də söz açıb:
“Həyat bu nəfəs qədərdir. Anidən gedə bilərsiniz. Məsələn, Hadı Rəcəbli günlər əvvəl mənə salam göndərmişdi. O özünə baxan, daim müayinələrinə gedən, idmanını edən, gəzintiyə çıxan sağlam insan idi. Gördünüzmü? Ani ölümlər var. Bu həyatda sadəcə sevgini, mərhəməti paylaşın”.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb