Qırğızıstanın bir sıra mobil operatorları və internet provayderlərinin ölkədə TikTok sosial şəbəkəsinə çıxışı məhdudlaşdırılıb.
AvroMedia.az xəbər verir ki, Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında Rabitə Sənayesində Tənzimləmə və Nəzarət Xidməti provayderlərə müvafiq tələblə məktublar göndərdikdən sonra operatorlar və provayderlər platformaya girişi məhdudlaşdırmağa başlayıblar.
Qırğızıstanın Mədəniyyət Nazirliyi 2023-cü il avqustun sonunda TikTok-u bloklamaq qərarına gəlib və sosial şəbəkəyə girişin məhdudlaşdırılması qərarını Rəqəmsal İnkişaf Nazirliyinə göndərib.
Departament qeyd edib ki, bir sıra təşkilatlardan uşaqların əqli inkişafına və sağlamlığına mənfi təsir göstərən TikTok sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı narahatlıq ifadə edən müraciətlərin sayı artıb.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb