“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.
AvroMedia.az xəbər verir ki, tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbəti tapmağa kömək etməlidir. Ümumilikdə üç filtr – “Hamı”, “Oxunmamış” və “Qruplar” əlavə edilib.
AvroMedia.az xəbər verir ki, tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbəti tapmağa kömək etməlidir. Ümumilikdə üç filtr – “Hamı”, “Oxunmamış” və “Qruplar” əlavə edilib.
“Hamı” filtrini seçərkən istifadəçi bütün yazışmalarını görəcək. “Oxunmamış” seçimini etsəniz, cavabsız qalan çatlar – oxunmamış mesajlar və istifadəçi tərəfindən “oxunmamış” kimi qeyd olunan mesajlar göstəriləcək.Üçüncü filtr, “Qruplar” icma altqrupları da daxil olmaqla, bütün qrup yazışmalarını göstərir.
Mesencerin yaradıcıları qeyd ediblər ki, istifadəçilər uzun müddətdir ki, belə funksiyanı istəyirlər.Tərtibatçılar gələcəkdə yeniliyi təkmilləşdirməyə söz veriblər, lakin hələlik funksiya təşəkkül mərhələsindədir, ona görə də “WhatsApp” istifadəçiləri üçün yaxın gələcəkdə əlçatan olacaq.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb