Gürcüstan ilə Çin Xalq Respublikası arasında viza rejimi ləğv olunub.
AvroMedia.az xəbər verir ki, bununla bağlı Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Çinin Gürcüstandakı səfiri Zhou Jiang iki ölkə hökumətləri arasında Gürcüstan vətəndaşlarının Çinə vizasız gediş-gəlişini təmin edəcək “Adi pasport sahibləri üçün viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında” saziş imzalayıblar.
Müqavilə qüvvəyə mindikdən sonra Gürcüstan vətəndaşları Çində 30 gün vizasız qala biləcəklər. Saziş hər iki ölkədə daxili hüquqi prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək.
Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqi ilə əlaqədar Çinin “China Southern Airlines” aviaşirkəti yay mövsümündə Gürcüstana uçuşların tezliyini artırmağı planlaşdırır.
Bundan əlavə, vizasız rejim qüvvəyə mindikdən sonra Tbilisi ilə Çinin ən böyük şəhərləri arasında birbaşa aviareyslərin açılması məsələsi ilə bağlı müzakirələrə başlanacaq.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb