İşindən azad edilən "Prius" sürücülərinə iş və ya müavinətlər veriləcək.
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov "TV Musavat"ın efirində aparıcı Sevinc Telmanqızının təqdimatında yayımlanan “Canlı debat” verilişində deyib.
Deputat bildirib ki, işsiz qalan taksi sürücüləri başqa işlərlə təmin edilə, hətta onlara müavinət verilə bilər.
Xatırladaq ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, Azərbaycanda dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Azərbaycanda taksi fəaliyyətində ən çox istifadə olunan avtomobil modellərindən biri "Toyota Prius"dur. Avtomobilin ilk buraxılışlarının istehsal ili əsasən 2005-2009-ci illər aralığından olduğundan onların əksəriyyəti taksi fəaliyyətində istifadə oluna bilməyəcək.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur