Bayram günlərində hava necə olacaq?
Tarix: 8-04-2024, 19:20
Baxılıb: 2 678
Google+ Paylaş
Tumblr Paylaş

Bayram günlərində hava necə olacaq?

8-04-2024, 19:20

Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AvroMedia.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında 10 aprel tarixində hava şəraitinin  əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, küləyin sürəti 10-15 m/s olacaq. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə  isti təşkil edəcək.
11 aprel tarixində havanın yağmursuz  keçəcəyi,  şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.
12 aprel tarixində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Arabir güclənən  şimal-qərb küləyi  gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq.
Bayram günlərində Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, mülayim  şərq küləyinin əsəcəyi gözlənilir.
10,11,12 aprel tarixlərində Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 m/s, arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ